Vergi öhdəliyinin məbləği müəyyən edilmiş məbləğlərin yuxarı həddindən çox olduqda vergi ödəyiciləri tərəfindən müraciətə Vergi Məcəlləsində göstərilən  sənədlərlə yanaşı bank zəmanəti əlavə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bu halda Vergi Məcəlləsində göstərilən  sənədlərlə yanaşı zaminlik müqaviləsi də əlavə edilə bilər. Həmin müqaviləyə əsasən zamin duran şəxs ən azı bir il müddətinə vergi orqanında qeydiyyata alınmış, vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmayan, riskli vergi ödəyicisi olmayan şəxs olmalıdır və həmin şəxsin müraciət edən vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirmək imkanına malik olması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada yüklü edilməmiş aktivləri barədə məlumat vergi orqanına təqdim edilməlidir.