Elektrik cərəyanı vurma təhlükəsi yaranan işləri görən qeyri-elektrotexniki heyətə elektrik təhlükəsizliyi üzrə Ι qrup verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik təhlükəsizliyi üzrə Ι qrup elektrik təhlükəsizliyi tələblərini mənimsəyən mütəxəssisə bunun üçün təyin olunmuş jurnalda rəsmiləşdirməklə elektrik qurğusunun istismarçısının müəyyən etdiyi şəxs tərəfindən verilir. Elektrik təhlükəsizliyi üzrə Ι qrup şifahi sual-cavab formasında biliyin yoxlanılması və işlərin təhlükəsiz şəkildə görülməsi üsulları və ya elektrik cərəyanı vurduqda ilkin yardım göstərmə vərdişlərinin mənimsənilməsinin yoxlanılması ilə bitən təlimatlandırma aparılması yolu ilə verilir .