Ərizəyə hansı sənədlərin əlavə edilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
– ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar (bu Məcəllənin 480.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla);
– arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiqləyən hər hansı sənəd;
– müraciətin əsaslılığını təsdiq edən sənədlər;
– dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
– arbitraj sazişi xarici dildədirsə, bu sənədin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi;
– ərizənin surəti.