Fasilədən sonra iş icraçısı (nəzarətçi) olmadan briqada üzvünün işləmə yerinə daxil olma hüququ yoxdur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu fasilədən sonra işəburaxma iş icraçısı (nəzarətçi) tərəfindən naryadda dəyişiklik edilmədən yerinə yetirilir. Sonrakı günlərdə hazırlanmış işləmə yerinə təkrar işə buraxılışı işəburaxan və ya onun razılığı ilə iş rəhbəri həyata keçirir. Bu halda (varsa) yuxarı operativ heyətdən razılıq alınmır. Naryad qeydlə ona həvalə olunduğu halda iş icraçısı (nəzarətçi) işəburaxanın icazəsi ilə briqadanı hazırlanmış işləmə yerinə buraxmaq hüququna malikdir.