Gərginliyi 1000 V-dək olan elektrik qurğularında sərəncam üzrə işlərin görülməsi zamanı iş icraçısına müvəqqəti kənarlaşmağa (30 (otuz) dəqiqədən çox olmamaqla) yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik bir neçə briqada üzvünün işləmə yerində qalaraq işlərinə davam etməsinə yol verilir.