İstismar zamanı görülən işlər, o cümlədən əlavə göstərişlər, sərəncam və məqsədli təlimatlandırma aparılmadan görülən digər işlər daimi icazə verilən işlər siyahısına daxil edilmiş işlər sayılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İstismar zamanı görülən işləri sənədləşdirərkən aşağıdakılar nəzərə alınmalıdır:

– həmin işləri görməli olan şəxslərin ixtisası, onların say tərkibi;

– təhlükəsizliyin təmin edilməsi şərtləri və konkret işlərin təkbaşına yerinə yetirilmə imkanları;

– elektrik qurğusunun tam və ya onun ayrıca elementlərinin texnoloji prosesdə və ya həmin qurğunun istismarçısının elektrik təsərrüfatında vacibliyi.