Açıq paylayıcı qurğuda yer səthində, yaxud özül və ayrıca konstruksiyada quraşdırılmış avadanlıqda işlər aparılarkən işləmə yeri üzərində çəpərlənmiş sahənin daxilinə yönələn “DAYAN! GƏRGİNLİK” sözləri yazılmış plakatlar asılmalı və həmin ərazi kəndirlə, yaxud bitki mənşəli və ya sintetik lifli iplə çəpərlənməlidir (nəqliyyat və piyada keçidlər saxlanılmaqla).

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Kəndiri asmaq üçün çəpərlənmiş məkandan kənarda olan, işləmə yeri məkanına daxil olmayan konstruksiyalardan istifadə etməyə yol verilir.