Naryad üzrə işlər başa çatmayana qədər hər hansı birləşmənin, o cümlədən elektrik mühərriklərinin yoxlanılması üçün elektrik qurğusunu şəbəkəyə qoşulmağa hazırlamaq qadağandır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Bir elektrik qurğusunun birləşmələrində müxtəlif işləmə yerlərində eyni zamanda və ya növbəli şəkildə aşağıdakı işlərin görülməsinə 1 (bir) naryad verilir:

– güc və nəzarət kabellərinin çəkilməsi və yerinin dəyişdirilməsi, elektrik avadanlıqlarının sınaqları, KX-nin sınağı və zədələrinin aşkar olunması, rele mühafizəsi, ölçmə, bloklama, avtomatika, telemexanika, rabitə və digər qurğuların yoxlanılması;

– bir birləşmənin kommutasiya aparatlarının, o cümlədən onların intiqalları digər yerləşgədə olduqda təmiri;

– tuneldə, kollektorda, quyuda, xəndəkdə, özül çalasında ayrıca kabelin təmiri;

– işləmə yerlərinin yerləşməsinin iş icraçısına briqadaya nəzarəti yerinə yetirməyə imkan verdiyi hallarda, 2 (iki) özül çalasında və ya paylayıcı qurğuda və onun yaxınlığında yerləşən özül çalasında olan kabellərin 2 (iki) ədəddən artıq olmamaqla təmiri.