Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında kommutasiya aparatları vasitəsilə işləmə yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün hansı tədbirlər görülməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında kommutasiya aparatları vasitəsilə işləmə yerinə gərginlik verə biləcək səhv və ya özbaşına qoşulmaların qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir:
– yük ayırıcılarının, aralayıcılarının, açarlarının əl intiqalları açılmış vəziyyətdə mexaniki qıfılla bağlanmalıdır;
– əməliyyat ştanqı ilə idarə olunan ayırıcıların stasionar çəpərləri qıfılla bağlanmalıdır;
– məsafədən idarə olunan kommutasiya aparatlarının intiqallarının güc dövrələri və idarəetmə dövrələri açılmalıdır, pnevmatik intiqallarında isə sıxılmış hava boru xətlərində siyirtmələr bağlanmalı və mexaniki kilidlənməlidir, sıxılmış hava buraxılmalı, bu zaman buraxıcı klapan açıq vəziyyətdə qalmalıdır;
– yüklü və ya yaylı intiqallarda qoşan yük və ya qoşan yaylar işlək olmayan vəziyyətə gətirilməlidir;
– qadağanedici plakatlar asılmalıdır.