Quba rayonunda intihar hadisəsi baş verib.
Heftelikşaz-ın Lent.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.
Kənd sakini Əli Şükürov atasının evində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
İlkin məlumata görə, Əli Şükürov nişanlısı ilə dalaşıb. O, nişanlısı ilə aralarında baş vermiş olaydan sarsıntı keçirərək canına qəsd edib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.