Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd Vergi Məcəlləsində göstərilən müddətdə vergi orqanına təqdim edilmədikdə vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi ödəyicisi tərəfindən qərarın qəbul olunması üçün müraciət zamanı bu Məcəllə ilə müəyyən olunmuş tələblərə əməl edilmədikdə, o cümlədən vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi ilə bağlı tələb olunan sənədlər və məlumatlar müraciətə əlavə olunmadıqda və ya əlavə olunmuş sənədlər və məlumatlar vergi öhdəliyinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrin müəyyən edilməsi üçün kifayət etmədikdə vergi orqanı tərəfindən qərarın qəbul edilməsindən imtina edilir.