“Bizim dövr” qəzetinin və Aktualinfo.az saytının həbsdə olan baş redaktoru Surxay Əliyevin barəsində həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmənin qərarı ilə həbs müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham verilib.