Vergi ödəyicisi vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın (bundan sonra bu maddənin məqsədləri üçün – qərar) qəbul edilməsi məqsədilə vergi orqanına “İnzibati icraat haqqında” qanunda nəzərdə tutulmuş qaydada ərizə təqdim edir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Ərizəyə aşağıdakılar əlavə olunur:
– barəsində qərarın qəbul edilməsi tələb edilən vergi tutulan əməliyyata aid sənədlər;
– vergi tutulan əməliyyatlar üzrə vergi öhdəliklərinin və vergi qanunvericiliyinin tətbiq edilməsinin doğuracağı hüquqi nəticələrə dair vergi ödəyicisinin qeydləri;
– qərarın qəbulu üçün zəruri hesab edilən digər məlumatlar.