UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində “Zirə” Moldovanın “Şerif” komandası ilə üz-üzə gəlib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qarşılaşmanın 5-ci dəqiqəsində Rafael Aleman Azərbaycan komandasını önə çıxarıb.
Oyunun 40-cı dəqiqəsində “Zirə”-nin oyunçusu Salifu Suma qırmızı vərəqə alıb.
53-cü dəqiqədə Ayyub Allak hesabı bərabərləşdirib. Matçın 77-ci dəqiqəsində isə Pan Ndyaqa Yade Yade “Şerif”i önə çıxarıb.
“Zirə” ilk matçda 1-0 hesablı qələbə qazandığından oyun uzatma dəqiqələrə gedib.
Əlavə vaxtda qol vurulmayıb. Penaltilər seriyasında “Şerif” rəqibindən üstün olub.