Hazırda Bakıda 35 minə yaxın taksi fəaliyyət göstərir.
Geftelik.az-ın məlumatına görə, bu barədə Mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.Onun sözlərinə görə, əvvəl Bakıda təxminən 67-70 min taksi fəaliyyət göstərirdi.
“Yaradılmış elektron sistem üzərindən əldə etdiyimiz məlumata görə 35 minə yaxın taksi fəaliyyət göstərir. Taksi sahəsində tənzimləmələr davam etdiriləcək”, – nazir müavini qeyd edib.