Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilmiş şəhid Hümbətov Bəxtiyar Əliş oğlunun dəfn mərasimi keçirilmişdir. Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, şəhidin ailə üzvləri, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları ictimaiyyət nümayəndələri, iştirak etmişlər.
Şəhid Bəxtiyar Hümbətov Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn olunmuş, Şəhidin ruhuna dualar oxunmuş, məzarının üzərinə əklil, gül dəstələri düzülmüşdür. Şanlı üçrəngli Bayrağımız şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilmişdir.
Şəhid Bəxtiyar Hümbətov 1974-cü ildə Yevlax şəhərində anadan olmuş, Birinci Qarabağ müharibəsində Kəlbəcər rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək, 1994-cü il fevral ayının 14-də Murovdağ istiqamətində itkin düşmüşdür.