Elektrik qurğularında qısamüddətli və təxirəsalınmaz işləri yerinə yetirən operativ-təmir heyətindən vəzifəcə böyük və ya təmir heyətində nəzarətçi gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyi üzrə IV qrupdan və gərginliyi 1000 V-dək olan elektrik qurğularında işləyərkən elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Briqada üzvlərinin sayı və həmin briqada üzvlərinin ixtisas dərəcəsi, elektrik təhlükəsizliyi üzrə qrupu, işlərin yerinə yetirilmə şərtləri və briqada üzvlərinə nəzarətin təmin edilməsi imkanı nəzərə alınmaqla iş icraçısı və ya nəzarət edən şəxs tərəfindən müəyyən olunur.