Xətt ayırıcıları istisna olmaqla, açıq paylayıcı qurğudan gərginlik tam çıxarıldıqda ayırıcılar “DAYAN! GƏRGİNLİK!” sözləri yazılmış plakatlar asılmış kəndirlə çəpərlənməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
APQ-də sərəncam üzrə ikinci dövrələrdə iş zamanı həmin işləmə yerlərinin çəpərlənməsi tələb olunmur. Naryadın “Ayrıca göstərişlər” sətrində göstərilmiş hallar istisna olmaqla, işləmə yeri hazırlanarkən quraşdırılmış plakatların və ya müvəqqəti çəpərlərin yerini iş vaxtı dəyişmək və ya onları yığışdırmaq qadağandır.