Hansı işlər istisna olmaqla, gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş icraçısının (nəzarətçinin) tək qalması və ya briqada üzvlərinin iş icraçısı (nəzarətçi) olmadan qalması qadağan olunduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Aşağıdakı işlər istisna olmaqla, gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında iş icraçısının (nəzarətçinin) tək qalması və ya briqada üzvlərinin iş icraçısı (nəzarətçi) olmadan qalması qadağan olunur:
– intiqalları digər yerləşgələrə keçirilmiş açarların, ayırıcıların tənzimlənməsi;
– rele mühafizəsi, elektrik avtomatikası, siqnallama, ölçü, rabitə və digər qurğuların, ikinci dövrələrin quraşdırılması və yoxlanılması;
– güc və nəzarət kabellərinin çəkilməsi;
– yüksək gərginlik verməklə sınağı aparılan avadanlığın müşahidə edilməsi və kənar şəxslərə ona yaxınlaşmağın təhlükəli olduğu barədə xəbərdarlıq edilməsi tələb olunan halın yaranması.