Argentina millisinin və “Atletiko Madrid”in yarımmüdafiəçisi Rodriqo De Paul milliyə çağırıldıqdan sonra keçirdiyi hisləri bölüşüb.
Heftelik.az-ın “Clarin” nəşrinə istinadən verdiyi məlumata görə, futbolçu deyib ki, ilk dəfə milliyə çağırılmağım inanılmaz idi.
Rodriqo De Paul bildirib ki, əımin vaxt diqqətini İtaliyaya yönəltmişdi: “Mənə oynadığım klubun idman direktoru zəng vurub dedi ki, Valter Samuel mənim nömrəni istəyib. Tez anama zəng vurub “millidən nömrəmi istəyiblər” dedim. Ardından Valter məni yığdı və yığmaya çağırıldığımı söylədi. Bu xəbəri eşidən kimi ağladım. Milliyə düşmək üçün çox çalışmalısan. Bu göylərə toxunmaq kimidir”.
Xatırladaq ki, De Paul yığmada 2018-ci ilin oktyabrında debüt edib. O millininn heyətində 69 matça çıxıb, 2 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.