Kompleks paylayıcı qurğunun kommutasiya aparatlarının səhv və ya özbaşına qoşulmalarının qarşısını almaq üçün irəliyə sürülən arabacıqda “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”na müvafiq təhlükəsizlik tələbləri yerinə yetirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularında işlər aparılacaq cərəyandaşıyan hissələrin bütün tərəflərindən əl ilə (mexaniki) idarə olunan intiqallı kommutasiya aparatları vasitəsilə gərginlik çıxarılmalıdır.