Elektrik qurğusunda hansı işlər icra edildikdə iş rəhbəri təyin olunmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğusunda aşağıdakı işlər icra edildikdə iş rəhbəri təyin olunmalıdır:
– mexanizmlərin və yükqaldıran maşınların istifadəsi;
– elektrik qurğularında cərəyandaşıyan hissələrdən gərginlik çıxarılmış işlər istisna olmaqla, APQ, QPQ-də elektrik avadanlıqlarının açılması;
– kommunikasiya qurğularının yerləşdiyi və nəqliyyatın intensiv hərəkəti zonalarında, kabel xətlərində və kabel rabitə xəttində istənilən növ dayaqların quraşdırılması və sökülməsi, hava xətti dayaqlarının elementlərinin dəyişdirilməsi;
– hava xəttinin digər hava xətləri və nəqliyyat magistralları ilə kəsişmə yerlərində, açıq paylayıcı qurğu aşırımlarında naqillərin kəsişmə yerlərində yenidən qurulmuş haca xəttinin qoşulması;
– hava xətti naqillərinin və troslarının birləşmə sxemlərinin dəyişdirilməsi;
– bir və ya digər dövrələr gərginlik altında olarkən çoxdövrəli HX-nin açılmış dövrəsində işlərin görülməsi;
– elektrik qurğusunda eyni zamanda 2 (iki) və daha çox briqadanın işləməsi;
– hava xəttinin fazalar üzrə təmiri;
– induksiyalanmış gərginlik altında işlərin görülməsi;
– cərəyandaşıyan hissələrdə gərginliyi çıxarmadan insanı yerdən izolə etməklə işlərin görülməsi;
– ikinci kommutasiya dövrələrində, elektrik ölçmə cihazlarında, dispetçer və texnoloji idarəetmə qurğularında, avtomatlaşdırılmış dispetçer idarəetmə sistemlərində və 0,4 kV izolə olunmuş naqilli HX-də görülən işlər istisna olmaqla, gərginliyi çıxarmadan insanları yerdən izolə etmədən işlər aparılan zaman cərəyandaşıyıcı hissələri müvəqqəti izolə etməklə və gərginlik altında işlər üçün alət və ləvazimatlardan istifadə etməklə işlərin görülməsi;
– rabitə vasitələrinin avadanlıqlarında və qurğularında, dirək keçidlərinin quruluşları və KRX sınaqları üzrə xidmət olunmayan gücləndirici məntəqələrin və ya xidmət olunmayan regenerasiya məntəqələrinin aparatları ilə birləşmələrin süzgəclərində rabitə kondensatorunun torpaqlayıcı bıçağını qoşmadan işlərin görülməsi.
Qeyd edilənlərdən başqa, elektrik qurğularında digər işlər zamanı da iş rəhbərinin təyin edilməsini naryad verən müəyyənləşdirir.