Vergi öhdəliyinin məbləği müəyyən edilmiş məbləğlərin yuxarı həddindən çox olduqda vergi ödəyiciləri tərəfindən müraciətə Vergi Məcəlləsində göstərilən  sənədlərlə yanaşı girov müqaviləsi əlavə edilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Müqavilədə qanunla nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təminatı kimi girov qoyulacaq əmlak barədə zəruri məlumatlar qeyd edilməlidir. Girov qoyulacaq əmlakın ümumi bazar dəyərinin 50 faizi borcun məbləğindən çox olmalıdır. Girov müqaviləsinin qanunla nəzərdə tutulmuş qaydada etibarsız hesab edilməsi vergi ödəyicisinin vergi öhdəliyini ləğv etmir. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı xərclər vergi ödəyicisi tərəfindən ödənilir.