Növbəti gün işlərə yenidən başladıqda iş icraçısı (nəzarətçi) onlar tərəfindən işləmə yerində saxlanılan təhlükəsizlik plakatlarının, çəpərlərin, bayraqcıqların, həmçinin quraşdırılmış torpaqlanmaların (qoşulmuş torpaqlanma bıçaqlarının) tamlığına və sazlığına əmin olduqdan sonra briqadanı işə buraxmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşdən kənar vaxtlarda işlərin təhlükəsiz icrası üzrə şərait dəyişilərsə, işəburaxan və ya naryadverən tərəfindən briqadanın iş rəhbəri və ya iş icraçısı tərəfindən işləmə yerinə buraxılışın qarşısını almaq üçün tədbirlər görülməlidir.