Briqada üzvlərini müxtəlif işləmə yerlərinə yönəltməyə yol verilir və bu halda elektrik qurğusuna xidmət göstərən şəxsin işləmə yerini dəyişməsi naryadda qeyd olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İşlər aparılarkən işləmə yerləri briqada naryad üzrə işə buraxılanadək hazırlanmalıdır. Briqada üzvləri işləmə yerlərinə paylandıqda elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik briqada üzvünün iş icraçısından ayrıca işləməsinə yol verilir. İş icraçısından ayrı yerləşən briqada üzvlərini iş icraçısı işləmə yerinə gətirməli və onlarla işlərin görülməsi üçün əməyin mühafizəsi üzrə məqsədli təlimatlandırma aparmalıdır.