İstismar zamanı görülən işlərin siyahısı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İstismar zamanı görülən işlərin siyahısında aşağıdakılar olmalıdır:

– konkret operativ-təmir heyəti tərəfindən yerinə yetirilməsinə icazə verilmiş işlərin növünü təyin edən göstəriş;

– işlərin qeydiyyatı qaydası (işin əməliyyat jurnalında qeyd edilməsi yolu ilə sənədləşdirilməsi, özündən yuxarı operativ-təmir heyətinə işin yeri və xüsusiyyəti, başlanması və bitməsi ilə bağlı məlumat verilməsi).