Məşhur aktyor vəfat edib

19 İyul 2024, 10:15

Aktyor Bob Nyuhart 95 yaşında vəfat edib.

Heftelik.az-  xəbər verir ki, bu barədə aktyorun nümayəndəsinə istinadən Associated Press (AP) məlumat yayıb.

Bob Nyuhart bir neçə qısamüddətli xəstəlikdən sonra iyulun 18-də Los-Ancelesdə dünyasını dəyişib.

Aktyor 1960-cı ildə buraxılmış “The Button-Down Mind of Bob Newhart” adlı canlı albomu sayəsində məşhurlaşıb.