Naryad üzrə məqsədli təlimatlandırmanı hansı  şəxslərin apardığı açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Naryad üzrə məqsədli təlimatlandırmanı aşağıdakı şəxslər aparır:

– naryadverən iş rəhbərinə, o olmadıqda isə iş icraçısına (nəzarətçiyə);

– işəburaxan iş rəhbərinə, iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

–  iş rəhbəri iş icraçısına (nəzarətçiyə) və briqada üzvlərinə;

–  nəzarətçi qeyri-elektrotexniki heyətdən olan, onlar tərəfindən elektrik qurğularında işlər aparılan briqada üzvlərinə;

– iş icraçısı briqada üzvlərinə.