2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iyulun 20-25-i aralığında aparılacaq.

Heftelik az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

O qeyd edib ki, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.