Vergi orqanı tərəfindən vergi hesabatının yalnız hansl hallardan biri olduqda qəbul edilmədiyi müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir:
– vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə;
– vergi dövrü əks olunmadıqda;
– vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda;
– vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda.