1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun imza vərəqələri səlahiyyətli nümayəndələri tərəfindən götürülüb.
Zahid Orucun Seçki Qərargahından Heftelik.az-a verilən məlumata götə, namizədin rəsmən qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulan 450 imzanın toplanması üçün müəyyənləşdirilən şəxslərə müvafiq hüquqi təlimatlar və texniki tələblər, ərazinin dislokasiyası, hər bir vətəndaşa ehtiramla yanaşılması və digər normativ qaydalar Qərargah üzvləri tərəfindən seçki komandasına izah olunub.
Xüsusilə, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və veteranlar, eləcə də elm adamlarımız, ziyalılarla və gənclərlə görüşlər zamanı ilkin rəylərin və mövqelərin, istək və müraciətlərin alınması, sistemləşdirilməsi xüsusi tapşırıq kimi müəyyən olunub. İmzaların toplanmasına dair məlumatlar mediaya təqdim olunacaq.