Qusarda yük maşını ilə minik avtomobili toqquşub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Əcəxuroba kəndində qeydə alınıb.

Məlum oldub ki, 29 yaşlı rayon sakini Albert Xaspoladov “VAZ 2107” markalı avtomobili idarə edə-edə “TikTok” üçün video çəkən zaman qəza baş verib. Qəfil əks zolağa manevr etdiyindən “VAZ 2107”  27 yaşlı Pərviz Eyvazovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə toqquşub. Nəticədə Albert Xaspoladov ağır xəsarətlər alıb və hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.