Ukraynda naməlum şəxs tərəfindən güllələnən Ali Radanın keçmiş deputatı İrina Farion Lvovda xəstəxanada dünyasını dəyişib.
Heftelik.az-ın məlumatına görə, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski teleqram kanalında bildirib.
Maksim Kozitski qeyd edib ki, həkimlərin bütün səylərinə baxmayaraq, İrina Farionu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Hüquq-mühafizə orqanları hücum edənin şəxsiyyətinin müəyyən edilərək tutulması istiqamətində tədbirlər görür.
***
saat 00.12
Ukraynanın Lvov şəhərində naməlum şəxs Ali Radanın keçmiş deputatı İrina Farionu güllələyib.
Heftelik.az-ın Unian-a istinadən verdiyi məlumata görə, hadisə Masarik küçəsində baş verib.
İrina Fariona əlində əlcək olan naməlum şəxs səsboğucusu olan silahdan atəş açıb.
Sabiq deputatın durumu ağırdır.