ABŞ Prezidenti Co Bayden prezident seçkilərində iştirakını dayandırdığını bəyan edib.
Heftelik.az-ın məlumatına görə, Co Bayden bununla bağlı X sosial platformasında paylaşım edib.
Növbəti müddət üçün prezident postu uğrunda mübarizəni dayandırmasına baxmayaraq, Co Bayden səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib: “Mənim üçün prezident kimi sizlərə xidmət etmək böyük şərəfdir. Yenidən seçilmək niyyətində olsam da, əminəm ki, partiya və ölkəmiz üçün seçki yarışından çəkilmək və bu müddətin sonuna qədər prezident səlahiyyətlərini yerinə yetirmək daha yaxşıdır”.
Qeyd edək ki, Co Bayden demokratların namizədi idi. Ancaq demokratların aparıcı simaları, o cümlədən sabiq Prezident Barak Obama Co Baydenin sağlıq durumuna görə növbəti 5 illik müddət üçün prezident postu uğrunda mübarizədən çəkilməsinin vacib olduğunu bəyan etmişdi.
ABŞ-da prezident seçkiləri noyabr ayında keçiriləcək. Demokratların prezidentliyə yeni namizədi müəyyənləşməlidir.
Xatırladaq ki, respublikaçıların namizədi sabiq Prezident Donald Trampdır. Sui-qəsd cəhdindən sonra Donald Trampın reytinqi artmaqdadır.