Qarşıdakı 5 il üçün prezident seçkilərində iştirakını dayandıran ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.
Heftelik.az-ın məlumatına görə, Co Bayden bununla bağlı öz şəxsi “X” hesabında paylaşım edib.
Co Bayden bunun verdiyi ən yaxşı qərar olduğunu bildirib: “2020-ci il seçkilərində partiyanın namizədi kimi ilk qərarım Kəmalə Harrisi vitse-prezident seçmək oldu. Bu, verdiyim ən yaxşı qərar idi. Bu gün partiyamızın namizədi olaraq Kamalanı tam dəstəklədiyimi bəyan edirəm”.