Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən “Region gəncləri insan alverinə qarşı mübarizədə”  adlı layihə çərçivəsində 18-19 iyul 2024-cü il tarixlərində seminarlar keçirilib.

Heftelik.az-ın məlumatına görə, seminarlar Qəbələ rayonunda təşkil olunub.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Teymur Alşanov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib.

Çıxış edənlər arasında layihənin eksperti Reyhan Məmmədova  bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xaricə getmək istəyənlər üçün təhlükəsizlik planı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.