Bir neçə hüquqi varis olduqda, onların hər birinin yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərinin yerinə yetirilməsində iştirak payı bölüşdürücü balansa və ya digər təhvil aktına uyğun olaraq müəyyənləşdirilir.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Bölüşdürücü balans və ya digər təhvil aktı yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin hər bir hüquqi varisinin payını müəyyənləşdirməyə imkan vermirsə və ya hər hansı hüquqi varis tərəfindən vergi öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi imkanını aradan qaldırırsa, yeni yaranan hüquqi şəxslər yenidən təşkil edilən və ya bölünən hüquqi şəxsin vergi öhdəliklərini və ya bu öhdəliklərin müvafiq hissəsini yerinə yetirmək üçün birgə məsuliyyət daşıyırlar.