İş icraçısının icazəsi ilə briqada üzvünün işləmə yerindən müvəqqəti getməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu zaman onlar briqada tərkibindən çıxarılmır. Gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğularında işləmə yerində qalan briqada üzvlərinin sayı iş icraçısı da daxil olmaqla 2 (iki) nəfərdən az olmamalıdır. İşləmə yerinə qayıdan briqada üzvləri işə yalnız iş icraçısının icazəsi ilə başlayır. Elektrik avadanlığı olan yerləşgə qıfılla bağlanılmadıqda briqada üzvləri qayıdanadək iş icraçısının işləmə yerini tərk etmə hüququ yoxdur.