Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında nələrin öz əksinin tapmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Əmlak üzərinə həbs qoyulması haqqında məhkəmənin qərarında aşağıdakılar öz əksinin tapmalıdır:
– qərarın çıxarıldığı tarix, vaxt və yer;
– qərarı çıxarmış hakimin soyadı, adı, atasının adı və vəzifəsi;
– əmlak üzərinə həbs qoyulması üçün əsas olmuş obyektiv halların və motivlərin əsaslandırılması;
– əmlakın üzərinə həbs qoyulmuş şəxsin soyadı, adı və atasının adı;
– üzərinə həbs qoyulmalı olan konkret əmlak, habelə mülki iddianın təmin edilməsinə kifayət edən əmlak;
– əmlak üzərinə qoyulan həbs müddəti.