Gərginliyi 1000 V-dək olan elektrik qurğularının istismarı zamanı hansl işlər görüldüyü açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Gərginliyi 1000 V-dək olan elektrik qurğularının istismarı zamanı aşağıdakı işlər görülür:
– şəbəkə elementlərini, elektrik mühərriklərinin naqillərini və digər avadanlıqları qidalandıran kabellərin ayrılması və birləşdirilməsi;
– maqnit işəsalanların, avtomat açarların, kəsicilərin, kontaktorların, idarəetmə düymələrinin, digər analoji işəsalma və kommutasiya aparatlarının onların idarəetmə lövhələri və yığmalarından kənarda quraşdırılması şərti ilə təmiri;
– bina və tikililərin mühəndis avadanlıqlarına aid fərdi elektrik qəbuledicilərinin təmiri (elektrik mühərrikləri, elektrik qızdırıcıları, ventilyatorlar, nasoslar, kondisioner aqreqatları);
– ayrıca yerləşdirilmiş maqnit stansiyalarının və idarəetmə bloklarının təmiri, elektrik maşınlarının fırça aparatlarına xidmət;
– 2,5 m-dən çox olmayan hündürlükdə yerləşən qoruyucuların dəyişdirilməsi, işıqlandırma elektrik naqillərinin və armaturlarının təmiri, çıraqların lampalarının dəyişdirilməsi və təmizlənməsi;
– elektrik sayğaclarının, elektrik ölçü cihazlarının və ölçü vasitələrinin çıxarılması və quraşdırılması;
– təhkim olunmuş elektrik qurğularında yerinə yetirilən digər işlər.