Ağdaş şəhər sakinləri çayda çimərkən boğulub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1988-ci il təvəllüdlü Ağazadə Fərid Ağa oğlu rayonun Dəhnəxəlil kəndi ərazisində çayda çimərkən boğulub.
Onu sudan çıxarmaq məqsədilə çaya düşən dayısı oğlu, 1990-cı il təvəllüdlü Əliyev Rəhman Cəfər oğlu da çayda boğularaq ölüb.
Hər iki şəxsin meyiti səhər saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, Rəhman Əliyev Azərbaycan II liqa təmsilçilərindən olan “Ağdaş” klubunun rəhbəridir. Fərid Ağazadə isə onun dayısı olub.