İşlər yerinə yetirildikdən sonra iş icraçısı (nəzarətçi) briqadanı işləmə yerindən çıxarmalı, texnoloji təchizatı yığışdırmalı (briqada tərəfindən quraşdırılmış çəpərləri, əldə daşınan təhlükəsizlik plakatlarını, bayraqcıqları və səyyar torpaqlanmaları (torpaqlanma bıçaqlarını açmalı), elektrik qurğusunun qapılarını qıfılla bağlamalı və naryadda öz imzası ilə işin tam qurtarmasını sənədləşdirməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İş rəhbəri işləmə yerini yoxladıqdan sonra işin tam qurtarmasını naryadda sənədləşdirməlidir.