İşlərin icrası üçün naryadın telekommunikasiya vasitələri ilə ötürülməsinə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu halda naryad naryadverən, iş rəhbəri (iş icraçısı), işəburaxan üçün 3 (üç) nüsxədə tərtib olunur. Tərtib edən şəxs naryadı bir nüsxədə yazır, məlumatı qəbul edən şəxs 2 (iki) nüsxə naryadı doldurur və əks-yoxlanışdan sonra imza yerində naryadverənin adını, atasının adını, soyadını, vəzifəsini göstərərək qeydin düzgünlüyünü öz imzası ilə təsdiqləyir. İş rəhbəri (iş icraçısı) işəburaxan funksiyasını icra etdikdə naryad 2 (iki) nüsxədə tərtib olunur.