Dağıstanın keçmiş idman naziri və Kızılyurtun keçmiş meri Maqomed Maqomedov korrupsiya ittihamı ilə saxlandığı “Matrosskaya Tişina” istintaq təcridxanasında intihara cəhd edib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçova öz Telegram kanalında məlumat verib.
Maqomed Maqomedov xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Maqomed Maqomedov 2021-ci ilin mayında Kızılyurta rəhbərlik edib. O, bundan əvvəl Gergebil rayonunun rəhbəri vəzifəsində çalışıb. 2012-2021-ci illərdə Dağıstanın Bədən Tərbiyəsi və İdman Naziri olub. Nazir 2023-cü ilin oktyabrında həbs edilib.