Oğuzda 11 yaşlı qız yelləncəyin ipinə dolanaraq boğulub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində rayonun Yemişənli kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Füruzə Nəbi qızı Qəribova yaşadığı evin həyətində yelləncəkdə yellənərkən onun ipi boğazına dolanıb. 11 yaşlı F. Qədirova boğularaq ölüb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.