Arbitraj mübahisəsinin tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Mülki Prosessual Məcəllədə əksini tapıb.
Lakin onların gəlməmələri işə baxılmasına mane olmur. Tərəflər arasında digər razılaşma yoxdursa və müvəqqəti təminat tədbirləri barəsində əvvəlcədən məlumat verilməsi belə tədbirlərin tətbiqinin məqsədinə xələl gətirə bilərsə, məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarı bu tədbirlərin yönəldiləcəyi tərəfə xəbər vermədən qəbul edə bilər.