Briqadada elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssisə elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik 1 (bir) mütəxəssis təhkim etməyə yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Lakin bu qaydada təhkim edilən və elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik briqada üzvlərinin ümumi sayı 3 (üç) mütəxəssisdən çox olmamalıdır. Operativ heyət növbədə olduqda ondan yuxarı operativ heyətin icazəsi ilə əməliyyat jurnalında qeyd olunmaqla və naryadda sənədləşdirməklə təmir briqadasında işlərə cəlb olunur.