“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”la oyun üçün Cəbəllüttariqə yollanıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi avrokuboklarda mövsümün ilk matçına iyulun 23-də çıxacaq.
“Linkoln”la cavab qarşılaşması iyulun 30-da keçiriləcək.
Qeyd edək ki, “Linkoln” Çempionlar Liqasının I təsnifat mərhələsində Malta klubu “Hamrun”la qarşılaşıb. İlk görüşdə “Linkoln” səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib (1:1). Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq oynayan “Linkoln” (5:4) kollektivi II təsnifat mərhələsinə yüksəlib.