İşləmə yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR!” sözləri yazılmış plakatın hansı yerlərdə asılmalı olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

İşləmə yerinə gərginliyin verilməsini istisna etmək üçün üzərində “QOŞMA! ADAMLAR İŞLƏYİR!” sözləri yazılmış plakat aşağıdakı yerlərdə asılmalıdır:

– əl ilə idarə olunan ayırıcıların, aralayıcıların və yük açarlarının intiqallarında (intiqalların dəstəyində);

– məsafədən və lokal idarəetmə açarlarının və düymələrinin, həmçinin kommutasiya aparatlarının intiqallarının idarəetmə dövrələrinin və güc dövrələrinin avtomatları və ya çıxarılmış qoruyucuları üzərində;

– gərginliyi 1000 V-dək olan kommutasiya aparatlarının (avtomat açarların və kəsicilərin) üzərində;

– kommutasiya aparatları (avtomat açarları və kəsiciləri) olmayan gərginliyi 1000 V-dək olan qoşulmalardan çıxarılmış qoruyucuların yerində;

– birqütblü ayırıcıların hər bir qütbünün intiqalında;

– əməliyyat ştanqı ilə idarə olunan ayırıcıların çəpərləyicisinin üzərində;

– bu Qaydalara uyğun olaraq kompleks paylayıcı qurğuda.