Sərəncam iş icraçısına, işəburaxana və ya işləmə yerinin hazırlanmasına və işə buraxılışa icazə verən şəxsə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektrik qurğularına daimi operativ xidmət göstərilmədikdə və işləmə yerinə buraxılış bu Qaydalarla tələb olunmadıqda sərəncam bilavasitə işi yerinə yetirməli olan şəxsə (şəxslərə) verilir. Sərəncam əsasında görülməsi nəzərdə tutulan işlər naryadverənin qərarına görə naryad üzrə də yerinə yetirilə bilər.